Məzmuna keç
  • Gümüş41.07 $▼0.70%
  • Pambıq79.30 ¢▼0.86%
  • Buğda592.00 ¢▼0.04%
  • Bitcoin57 809 $▼1.71%
  • Ethereum1 639 $▲1.20%
  • S&P 5006 910▼3.72%
  • Azeri Light98.41 $▲0.00%
  • Brent neft89.95 $▼0.11%
  • WTI neft83.41 $▲0.51%
  • Avropa qazı (TTF)88.45 €▲4.74%
  • Təbii qaz (ABŞ)3.748 $▲16.00%
  • Qızıl3 515 $▼0.50%
10°Bakı
  • USD1.7000
  • EUR1.8631
  • 100 RUB2.0562
  • GBP2.2271
  • TRY0.0335
  • AED0.4628
  • CNY0.2551
  • GEL0.6572
  • 100 KZT0.3721
  • UAH0.0376
  • 100 JPY1.0680
  • CHF2.0429
  • USD1.7000
  • EUR1.8631
  • 100 RUB2.0562
  • GBP2.2271
  • TRY0.0335
  • AED0.4628
  • CNY0.2551
  • GEL0.6572
  • 100 KZT0.3721
  • UAH0.0376
  • 100 JPY1.0680
  • CHF2.0429
  • USD1.7000
  • EUR1.8631
  • 100 RUB2.0562
  • GBP2.2271
  • TRY0.0335
  • AED0.4628
  • CNY0.2551
  • GEL0.6572
  • 100 KZT0.3721
  • UAH0.0376
  • 100 JPY1.0680
  • CHF2.0429
  • USD1.7000
  • EUR1.8631
  • 100 RUB2.0562
  • GBP2.2271
  • TRY0.0335
  • AED0.4628
  • CNY0.2551
  • GEL0.6572
  • 100 KZT0.3721
  • UAH0.0376
  • 100 JPY1.0680
  • CHF2.0429
Gündəm

İtaliyada Xocalı soyqırımını pisləyən sənəd QƏBUL EDİLDİ

İtaliyada Xocalı soyqırımını pisləyən sənəd QƏBUL EDİLDİ
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol
İtaliyanın Neapol şəhərinin Liveri şəhər bələdiyyəsi Xocalı soyqırımını pisləyən və Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirən sənəd qəbul edib. Busaat.az xəbər verir ki, bu barədə Azərbaycanın İtaliyadaki səfirliyi məlumat yayıb. Bildirilib ki, sənədin preambula hissəsində Liveri bələdiyyəsi tərəfindən 2020-ci ilin noyabr ayında “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 nömrəli qətnamələri dərhal icra edilməlidir” adlı Ermənistanın Azərbaycana qarşı təcavüzkar və işğalçı siyasətinin pislənilməsi, BMT TŞ-nın və Baş Assambleyasının müvafiq qətnamələrininin dərhal həyata keçirilməsinə dair İtaliya hökumətinə müraciət sənədinin qəbul edildiyi xatırladılır. Həmçinin “Human Rights Watch” təşkilatına istinadən Xocalı soyqırımının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində “ən böyük və ən dəhşətli qətliam” olduğu, Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən isə Xocalıda mülki azərbaycanlılara qarşı törədilmiş soyqırımın müharibə cinayətləri və ya insanlıq əleyhinə cinayətlərə bərabər tutulan xüsusi ağır əməllər kimi qiymətləndirildiyi diqqətə çatdırılır. Sənəddə 25-26 fevral 1992-ci il tarixində törədilmiş Xocalı soyqırımı ilə bağlı Azərbaycan xalqı ilə həmrəylik ifadə olunub. Sənədin sonunda insanlıq əleyhinə cinayət olan Xocalı soyqırımının İtaliyanın aidiyyəti rəsmi qurumları tərəfindən tanınmasına çağırış edilir.
MüəllifBusaat.az

Xəbəri paylaş

busaat.az/?p=16717