Türkiyənin İzmir şəhərində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 44 nəfərə çatıb.
Busaat.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Qeyd olunub ki, 229 nəfər müxtəlif xəstəxanalarda müalicə olunur.
***
Türkiyə Prezidentinin köməkçisi Fuad Oqtay zəlzələ nəticəsində həyatını itirənlərin sayının 51-ə çatdığını açıqlayıb.