Türkiyənin İzmir şəhərində baş verən güclü zəlzələnin dağıntıları altından övladlarının xilas edilməsini gözləyən Nilay Yücelin uşaqlarının meyiti çıxarılıb.
“Sabah” xəbər verir ki, 60 yaşlı Arifə Yücel və nəvələri üç yaşlı Diren, dörd yaşlı Lena, altı yaşlı Vera və on yaşlı Fedanı xilas etmək mümkün olmayıb.
Xatırladaq ki, oktyabrın 30-da İzmirdə baş verən zəlzələ nəticəsidə 100-dən çox insan həyatını itirib.