Milli Məclisin deputatı Jalə Əhmədova fevralın 13-də Salyan rayonunda seçicilərimin növbəti qəbulunu keçirib. Bu barədə Ulusal.az-a millət vəkili Jalə Əhmədova bildirib.
“Qəbulda şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları və digər rayon sakinlərini qəbul etdim, hər birini ayrı-ayrılıqda dinləyərək problemləri ilə maraqlandım. Əsasən işsizlik və məşğulluq məsələləri ilə bağlı problemləri səsləndirən seçicilər, illərdir işlə bağlı qeydiyyata alındıqlarını, lakin texniki işlə belə təmin edilmədiklərini bildirdilər. Vətəndaşlar bu məsələdə köməklik göstərilməsini xahiş etdilər. Habelə əlillik, pensiya problemlərini qeyd etdilər.”-deyə Jalə Əhmədova bildirib.