Kabil Universitetinə terror hücumunda ölənlərin sayı artdı

Kabil Universitetinə terror hücumunda ölənlərin sayı artdıbackend

Ötən gün Əfqanıstanın paytaxtı Kabil Universitetinə edilən bombalı və silahlı hücumda həyatını itirənlərin sayı 22-yə yüksəlib.

Busaat.az xəbər verir ki, bu barədə Əfqanıstan Səhiyyə Nazirliyi açıqlama verib. Bildirilib ki, ölkənin ən böyük universiteti olan Kabul Universitetinə hücumların ardından həyatını itirənlərin sayı 22-yə yüksəlib, daha 22 nəfər isə yaralanıb.

Əfqanıstan Prezidenti Əşrəf Qani hücumda həyatını itirənlər üçün bu gün milli matəm elan edildiyini açıqlayıb.

Terror aktına görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.

Qeyd edək ki, ötən gün Kabil Universitetində bir çox yüksək vəzifəli şəxsin iştirakı ilə “Əfqanıstan-İran Dostluq Kitab Sərgisi”nin açılışı planlaşdırılırdı.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90