Kabus yenidən oyanır: “Avropada təhlükəli gəlişmə…” – Böyük oyun masada

Kabus yenidən oyanır: “Avropada təhlükəli gəlişmə…” – Böyük oyun masadabackend

“Avropada irqçilik tendensiyaları baş qaldıranda bunun ağrısını daim bütün dünya çəkib”.

Busaat.az xəbər verir ki, bunu politoloq Ərəstun Oruclu deyib.

Ekspert Avropa ölkələrində radikal irqçiliyin yenidən canlanmağa başladığını bildirib:

“Avstriyanın paytaxtında törədilən terror aktı Avropa mediasının gündəmində yenidən müxtəlif mülahizələrə rəvac verdi. Yenidən dinlərarası mövzuda müzakirələr başlayır və bu müzakirələr heç də hər zaman yaxşı məqsədlərlə açılmır və odur ki, yaxşı məqsədlərə də xidmət etmir, edə də bilməz.

Əlbəttə Avropa miqyasında 3-4 və ya daha çox belə hadisələrin baş verməsinin faciə olmadığını da iddia etmək olardı. Amma bir o şərtlə ki, terror aktlarının, dini zəmində cinayətlərin və digər bu kimi hadisələrin fonunda başqa, daha təhlükəli bir fenomen baş qaldırıb günü-gündən güclənməsəydi. Bu, Avropa siyasətini bürümüş irqçilik tendensiyalarıdır. İndi belə ideologiyaların daşıyıcılarına əksər hallarda “Far right”, yəni, ifrat sağçı deməklə kifayətlənirlər. Halbuki bunun əsl adı var və həmin adı kim də bilməsə, avropalılar çox yaxşı bilirlər. Keçdikləri dərslərdəndir.

Amma görünən həm də budur ki, keçməklərinə rəğmən həmin dərsdən elə də yüksək qiymət ala bilməyiblər. Elə olmasaydı, avropalı ekstremistlərin qarşıdurma yaradan, diskriminasiya yayan, irqçi və alçaldıcı çağırışları ifadə azadlığı kimi müdafiə olunmazdı. Olsun, əlbəttə, bizim onlara nəsə öyrətmək iddiamız yoxdur”.

Ərəstun Oruclu bildirib ki, Avropada belə tendensiyalar baş qaldıranda bunun ağrısını daim bütün dünya çəkib:

“Qaldı birinin ifrat sağçı və ya populist, digərinin isə islamçı ekstremist və ya terrorçu adlandırılmasına, məncə bunun elə bir əhəmiyyəti yoxdur.

Ad nisbidir, əsas sirr mahiyyətdə, məzmundadır. Məzmun baxımından da onların hər ikisi elə ekstremistdirlər, terrorçudurlar, vəhşidirlər və nəhayət, sadəcə faşistdirlər. Amma ən başlıcası odur ki, bir-biri üçün əlverişli müştəridirlər. Elə ona görə də daim bir-birini qarşılıqlı motivasiya edirlər. Sual isə hələ də açıq qalır: Avropa hara gedir?”. /Teleqraf.com

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90