Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft88.63 $▼4.15%
  • WTI neft81.93 $▼3.32%
  • Avropa qazı (TTF)81.11 €▼5.12%
  • Təbii qaz (ABŞ)3.394 $▲7.34%
  • Qızıl3 745 $▼1.12%
  • Gümüş45.46 $▼0.77%
  • Pambıq80.23 ¢▼1.40%
  • Buğda586.75 ¢▼3.06%
  • Bitcoin62 897 $▲1.06%
  • Ethereum1 777 $▲0.86%
  • S&P 5007 324▼0.23%
11°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
Dünya

Kaliforniyada ermənilərin azərbaycanlılara vurduğu ziyan ödənilib

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Prezident İlham Əliyevin xaricdə yaşayan azərbaycanlılara diqqət və qayğısı daim hiss olunur və məhz bunun nəticəsidir ki, ABŞ-da yaşayan soydaşlarımıza dinc aksiya zamanı erməni millətçilərinin vurduğu ziyan ödənilib.

Bu barədə Busaat.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

“Azərbaycanın Tovuz rayonunda Ermənistanın törətdiyi təxribatlara ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində etiraz edən soydaşlarımıza ermənilər bədən xəsarəti yetirmiş, onlara məxsus minik avtomobilləri, həmçinin müxtəlif şəxsi əşyaları yararsız hala salınmış, yaşadıqları mənzillərə ciddi ziyan dəymişdi.

Aksiya zamanı soydaşlarımıza dəyən 16 min ABŞ dolları məbləğində maddi ziyan Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən ödənilib.

Azərbaycan dövləti bundan sonra da xaricdə yaşayan soydaşlarımızın hüquqlarının qorunması istiqamətində addımlar atacaq, eləcə də hər hansı təxribat halı baş verdikdə onlara dəstəyini davam etdirəcək”, – Dövlət Komitəsindən bildirilib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=24454