Məzmuna keç
  • Azeri Light95.13 $▼1.09%
  • Brent neft92.36 $▼0.09%
  • WTI neft86.14 $▼0.58%
  • Avropa qazı (TTF)87.22 €▲2.67%
  • Təbii qaz (ABŞ)3.254 $▼1.12%
  • Qızıl3 988 $▼1.62%
  • Gümüş51.49 $▼1.96%
  • Pambıq82.35 ¢▲5.21%
  • Buğda600.75 ¢▲1.14%
  • Bitcoin74 095 $▼0.34%
  • Ethereum2 062 $▼0.46%
  • S&P 5007 619▲1.29%
8°Bakı
  • USD1.7000
  • EUR1.8981▼0.0056
  • 100 RUB2.0422▼0.0418
  • GBP2.2693▼0.0141
  • TRY0.0338▼0.0001
  • AED0.4628
  • CNY0.2547▼0.0002
  • GEL0.6564▲0.0003
  • 100 KZT0.3798▲0.0030
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0708▼0.0060
  • CHF2.0587▼0.0220
  • USD1.7000
  • EUR1.8981▼0.0056
  • 100 RUB2.0422▼0.0418
  • GBP2.2693▼0.0141
  • TRY0.0338▼0.0001
  • AED0.4628
  • CNY0.2547▼0.0002
  • GEL0.6564▲0.0003
  • 100 KZT0.3798▲0.0030
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0708▼0.0060
  • CHF2.0587▼0.0220
Dünya

Kallas: Əsəd rejiminin süqutu Suriya xalqı üçün tarixi bir məqamdır

image-05e791c9-98f5-36a3-868c-5e4fa0fe643e_850jpg-1733746293
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Bəşşar Əsəd rejiminin süqutu Suriya xalqı üçün tarixi bir məqamdır.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirlər Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın Əsəd rejiminin devrilməsi ilə bağlı bəyanatında əks olunub.

Bildirilib ki, artıq bütün suriyalılar öz yaxınlarının taleyi barədə həqiqətləri bilmək şansına sahib olmalıdırlar.

“Bu gün ümidlə dolu, eyni zamanda, qeyri-müəyyən gələcək qorxusu olan suriyalıların yanındayıq. İnsanların ölkələrini sabitləşdirmək və yenidən qurmaq, həmçinin ədaləti bərpa etmək və hesabatlılığı təmin etmək imkanı olmalıdır. Suriyanın ərazi bütövlüyünü qorumaq və onun müstəqilliyinə, suverenliyinə, eləcə də dövlət institutlarına hörmət etmək və ekstremizmin bütün formalarını rədd etmək olduqca vacibdir”,-bəyanatda qeyd olunub.

K.Kallas bütün aktorları növbəti zorakılıqdan çəkinməyə, mülki şəxslərin müdafiəsini təmin etməyə və beynəlxalq hüquqa, o cümlədən beynəlxalq humanitar hüquqa riayət etməyə çağırıb:

“Biz bütün azlıqların nümayəndələrinin qorunmasını, habelə xarici vətəndaşların təhlükəsizliyini və Dəməşqdəki diplomatik nümayəndəliklərə hörmətlə yanaşmağı tələb edirik. Biz həmçinin bütün tərəfləri Suriyanın zəngin mədəni irsini və dini abidələrini qorumağa çağırırıq”.

O qeyd edib ki, indi həmişəkindən daha çox, BMT Təhlükəsizlik Şurasının 2254 saylı Qətnaməsinin ruhuna və Suriya xalqının iradəsinə uyğun olaraq nizamlı, dinc və əhatəli keçidi təmin etmək üçün bütün maraqlı tərəflərin əsas məsələlər üzrə Suriya liderliyində inklüziv dialoqda iştirak etməsi vacibdir.

“Bu kontekstdə biz Aİ-nin bütün müvafiq alətləri vasitəsilə BMT-nin Suriya üzrə xüsusi elçisi Geyr Pedersenin davam edən fəaliyyətini dəstəkləyirik”, – K.Kallas deyib.

Ali nümayəndə vurğulayıb ki, bu kritik dövrdə Avropa İttifaqı Suriya xalqının yanındadır və regiondakı tərəfdaşları, eləcə də əsas beynəlxalq tərəfdaşları ilə sıx əlaqə saxlayır.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=155317