Məzmuna keç
  • Azeri Light100.90 $▼6.10%
  • Brent neft92.34 $▲1.00%
  • WTI neft86.51 $▲0.98%
  • Avropa qazı (TTF)84.95 €▲3.18%
  • Təbii qaz (ABŞ)3.307 $▲2.93%
  • Qızıl4 053 $▼1.75%
  • Gümüş52.39 $▼1.62%
  • Pambıq78.28 ¢▼0.61%
  • Buğda592.25 ¢▲0.59%
  • Bitcoin73 746 $▲0.06%
  • Ethereum2 064 $▲0.65%
  • S&P 5007 521▼0.37%
5°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Cəmiyyət

Kamil Mənsimov VƏFAT ETDİ - FOTO

image-1689764334_1664516357-1640894062_vefatff
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Azərbaycan elmi ictimaiyyətinə ağır itki üz verib.

Busaat.az xəbər verir ki, Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun Mürəkkəb dinamik sistemlərdə idarəetmə üsulları laboratoriyasının müdiri, riyazi kibernetika sahəsinin tanınmış nümayəndəsi, “Şöhrət” ordenli alim, riyaziyyat elmləri doktoru, professor Kamil Bayraməli oğlu Mənsimov 13 noyabr 2025-ci ildə vəfat edib.

Kamil Mənsimov 1950-ci ildə Biləsuvarda anadan olub, Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini fərqlənmə ilə bitirib. O, uzun illər Azərbaycan MEA Kibernetika İnstitutu və Bakı Dövlət Universitetində çalışıb, riyazi kibernetika və optimal idarəetmə sahəsində fundamental tədqiqatlar aparıb.

Professor mürəkkəb dinamik sistemlərdə optimallıq üçün ikinci tərtib zəruri şərtlərin verilməsi, yeni idarəetmə üsullarının işlənməsi və müxtəlif tip sistemlərdə məxsusi idarələrin tədqiqi ilə elmi məktəb formalaşdırıb. Onun rəhbərliyi ilə onlarla mühüm elmi nəticə əldə olunub, 325 elmi əsər, o cümlədən 5 monoqrafiya nəşr edilib. Alim 12 fəlsəfə doktoru yetişdirib.

Elmə verdiyi töhfələrə görə Kamil Mənsimov Prezident İlham Əliyevin sərəncamları ilə “Tərəqqi” medalı və “Şöhrət” ordeni ilə təltif olunub./modern

Gallery image 1

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=176476