Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft88.92 $▼3.84%
  • WTI neft81.79 $▼3.48%
  • Avropa qazı (TTF)81.11 €▼5.12%
  • Təbii qaz (ABŞ)3.384 $▲7.02%
  • Qızıl3 713 $▼1.95%
  • Gümüş44.76 $▼2.30%
  • Pambıq80.23 ¢▼1.40%
  • Buğda583.25 ¢▼3.63%
  • Bitcoin62 982 $▲0.00%
  • Ethereum1 780 $▲0.31%
  • S&P 5007 324▼0.23%
12°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
Dünya

Kanada və İrlandiya Belarusda keçirilən seçkilərin nəticələrini tanımadı

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Kanada və İrlandiya Belarusda keçirilən prezident seçkilərinin nəticələrini tanımayıb.

Busaat.az xəbər verir ki, bu barədə sözügedən ölkələrin XİN başçıları bəyanat yayıb.

Kanadanın Xarici İşlər naziri Fransua-Filip Şampan ölkəsinin Belarusda 9 avqustda keçirilən prezident seçkilərinin nəticələrini tanımadığını elan edib. O, bu barədə “Twitter” ​hesabında məlumat paylaşıb. Paylaşımda qeyd olunub ki, Kanada Belarusu azad və ədalətli seçkilərin keçirilməsinə çağırır. Şampan, həmçinin etirazçılara qarşı zorakı hərəkətləri pisləyib. Nazir qeyd edib ki, avqustun 15-də müxalif namizəd Svetlana Tixanovskaya ilə telefon danışığı aparıb. Söhbət zamanı o, Tixanovskayaya Kanadanın Belarus xalqına dəstəyini davam etdirəcəyini bildirib.

Bununla yanaşı İrlandiyanın Xarici İşlər naziri Saymon Kouveni də ölkəsinin Belarusda keçirilən seçkiləri tanımadığını və onları xalqın demokratik iradəsinin təzahürü hesab etmədiyini elan edib. Nazir əlavə edib ki, İrlandiya Belarusdakı vəziyyətdən çox narahatdır və seçkilərdən sonra insan haqlarının pozulmasını qətiyyətlə pisləyir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=15855