Məzmuna keç
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin67 218 $▼1.47%
  • Ethereum1 908 $▼1.00%
  • S&P 5007 562▼0.40%
18°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Kanadanın baş naziri Yeni Dehlidən ölkəsinə qayıda bilməyib

image-castin-trudeau
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Kanadanın baş naziri Castin Trudeau və onun bütün nümayəndə heyyəti təyyarədə yaranan mexaniki nasazlıq səbəbindən dünən Yeni Dehlidə keçirilən G20 sammitindən sonra ölkəsinə qayıda bilməyiblər.

Busaat.az xəbər verir ki, bu barədə CTV kanalı məlumat yayıb.

Onlar yaranan vəziyyətlə bağlı olaraq Yeni Dehlidə bir gün artıq qalmalı olublar.

“Bu məsələləri bir gecədə həll etmək olmaz. Bizim nümayəndə heyətimiz alternativ tənzimləmələr edilənə qədər Hindistanda qalacaq”,- Kanadanın Yeni Dehlidəki Ali Komissiyası bildirib.

CTV kanalı təyyarənin Airbus olduğunu və nə vaxt geri dönə biləcəyinin bəlli olmadığını qeyd edərək, bunun ilk dəfə olmadığını, Trudeaunun dəfələrlə bu cür problemlə üzləşdiyini bildirib.

Trudeau son aylarda təyyarə problemlərindən əziyyət çəkən yeganə dünya fiquru deyil. Avqust ayında Almaniyanın xarici işlər naziri Annalena Baerbok hökumət təyyarəsi ilə bağlı problem onu ​​iki dəfə Əbu-Dabiyə qayıtmağa məcbur etdikdən sonra Okeaniyaya səfərindən imtina etmək məcburiyyətində qalmışdı.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=121207