Məzmuna keç
  • Azeri Light98.79 $▲0.03%
  • Brent neft88.61 $▼4.17%
  • WTI neft81.86 $▼3.40%
  • Avropa qazı (TTF)81.11 €▼5.12%
  • Təbii qaz (ABŞ)3.382 $▲6.96%
  • Qızıl3 755 $▼0.83%
  • Gümüş45.66 $▼0.34%
  • Pambıq80.23 ¢▼1.40%
  • Buğda586.75 ¢▼3.06%
  • Bitcoin63 166 $▲1.49%
  • Ethereum1 786 $▲1.34%
  • S&P 5007 324▼0.23%
11°Bakı
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
  • USD1.7000
  • EUR1.8681▼0.0026
  • 100 RUB2.0687▲0.0081
  • GBP2.2436▲0.0009
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550
  • GEL0.6553▼0.0003
  • 100 KZT0.3830▲0.0009
  • UAH0.0376▲0.0001
  • 100 JPY1.0681▲0.0003
  • CHF2.0230▼0.0017
Dünya

Kanadanın “National Post” qəzeti “Qarabağ”dan yazdı

Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Kanadanın nüfuzlu “National Post” qəzetində “Azərbaycanın köçkünlük həyatı yaşayan futbol çempionları müharibədən sonra evlərinə qayıtmağı arzulayırlar” sərlövhəli məqalə dərc edilib.

Busaat.az  xəbər verir ki, “Reuters” agentliyinə istinadla dərc olunan məqalədə son yeddi ildir Azərbaycanın futbol üzrə çempionu olan “Qarabağ” klubunun 30 ildən bəri başqa cür qələbəyə ümid etdiyi qeyd olunur. Yazıda “Qafqazın Barselonası” adlandırılan klubun Ağdama qayıtmaq arzusunda olduğu vurğulanır. Qeyd edilir ki, Dağlıq Qarabağ və onu əhatə edən yeddi rayon, o cümlədən Ağdam beynəlxalq səviyyədə Azərbaycanın ərazisi kimi tanınır.

Məqalədə sentyabrın 27-də başlayan hərbi əməliyyatlar barədə məlumat verilir, 1991-1994-cü illərdə müharibədə 30 minə yaxın insanın həlak olduğu bildirilir. Həmçinin “Qarabağ” sözünün tarixi haqqında məlumat öz əksini tapır.

Yazıda “Qarabağ” futbol klubunun keçirdiyi məşqlər barədə də məlumat verilir. Futbolçuların Prezident İlham Əliyevin işğaldan olunan ərazilərin adlarının qeyd olunduğu “Twitter” paylaşımlarının nümayiş etdirildiyi bilbordların yaxınlığında məşq etdikləri qeyd edilir. Klubun oyunçularından biri deyir ki, gün gələcək “Qarabağ” öz doğma torpağında futbol oynayacaq və bu oyunlara baxmaq üçün oraya çoxlu insan gedəcək.

Məqalədə, həmçinin “Qarabağ” futbol klubu, onun indiyədək əldə etdiyi uğurlar barədə də ətraflı məlumat verilir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=23375