Məzmuna keç
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin67 340 $▼1.29%
  • Ethereum1 911 $▼0.84%
  • S&P 5007 562▼0.40%
17°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Kapitolidə polislərə hücum edənin şəxsiyyəti müəyyənləşdirildi

image-qrin11
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Vaşinqtonda ABŞ Konqresi binasının (Kapitoli) yaxınlığında hüquq-mühafizə orqanlarına hücum edən kişinin şəxsiyyəti müəyyənləşdirilib. O, İndiana ştatının sakini Noa Qrindir.

Bu barədə Busaat.az MSNBC telekanalına istinadən xəbər verir.

Telekanalın məlumatına görə, Qrinin 25 yaşı var idi. O, feysbuk səhifəsində radikal islamçılığa dəstəyini ifadə edirdi.

Qeyd edək ki, cümə günü N.Qrin idarə etdiyi avtomobillə bardürlərə çırpılmasından sonra bıçaqla maşından düşüb, polis isə bu zaman ona atəş açıb. Vaşinqton Şəhər Polis İdarəsinin rəisi vəzifəsini icra edən Robert Konti hadisənin terrorla əlaqəli olmadığını deyib. Hadisə ilə əlaqədar Kapitolinin binası giriş və çıxışa bağlanıb, əməkdaşlara pəncərələrə yaxınlaşmağı qadağan ediblər.

“NBC News” N.Qrinin xəstəxanada öldüyü barədə məlumat yayıb. Bundan başqa, insident zamanı yaralanan polis əməkdaşı Uilyam Evans həyatını itirib. Sonuncunun vəfatı ilə əlaqədar Prezident Co Bayden ölkədə və ölkə xaricində hökumət binalarındakı ABŞ bayraqlarını endirməyi tapşırıb.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=42491