Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 350 $▲0.38%
  • Ethereum1 790 $▲1.22%
  • S&P 5007 562▼0.40%
17°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Kataloniya rəhbəri İspaniya kralını qarşılamaqdan imtina etdi

image-araqones
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Kataloniya hökumətinin başçısı Pere Araqones və Barselona meri Ada Kolau bu bazar ertəsi mobil texnologiya sahəsində ən böyük tədbir olan Ümumdünya Mobil Konqresinin (MWC) açılış mərasimində İspaniya Kralı VI Felipeni qarşılamaqdan imtina ediblər.

Busaat.az xəbər verir ki, bu barədə RTVE telekanalı məlumat yayıb.

Məlumata görə, analoji vəziyyət bir gün əvvəl MWC iştirakçıları üçün Kataloniya Milli İncəsənət Muzeyində keçirilən rəsmi qarşılanma zamanı təşkil edilən şam yeməyində də baş verib. Araqones və Kolau monarxiyanı rədd etdiklərinin əlaməti olaraq, kralı qarşılayan məmurların cərgəsində durmaqdan imtina ediblər.

Qeyd edək ki, fevralın 27-dən martın 2-dək keçiriləcək Ümumdünya Mobil Konqresi bu sahədə ən son tendensiyaları əks etdirən böyük beynəlxalq sərgi və konfransdır. Mobil operatorların, ticarət təşkilatlarının nümayəndələri və telekommunikasiya mütəxəssisləri bazarların gələcəyini və lazımi strategiyanı müzakirə edəcəklər.

Bildirilir ki, tədbirdə mindən çox məruzəçi çıxış edəcək, iki minə yaxın şirkət öz məhsullarını təqdim edəcək. Konfransda 200 müxtəlif ölkədən 80 mindən çox ziyarətçinin iştirakı gözlənilir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=102085