Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 473 $▲0.57%
  • Ethereum1 794 $▲1.42%
  • S&P 5007 562▼0.40%
17°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Keçmiş KQB agenti və neft maqnatı evində ölü tapıldı

image-kqb
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Keçmiş KQB agenti və neft maqnatı, 59 yaşlı Vyatçeslav Rovneyko evində “huşsuz vəziyyətdə” tapılıb. Öldüyü müəyyən edilən Rovneykonun “bədənində heç bir izə rast gəlinmədiyi” qeyd edilib.

Busaat.az-ın “Moskovski Komsomolets” qəzetinə istinadən məlumatına görə, Vyaçeslav Rovneykonun ölümündən sonra araşdırma aparılıb.

Rovneykonun Soyuq Müharibə dövründə Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) rəhbəri Sergey Narışkinlə birlikdə Belçikada işləyən KQB casusu olduğu güman edilir. Rovneykonun Rusiya prezidenti Vladimir Putinin “ən sadiq” oliqarxlarından biri kimi görünən milyarder Gennadi Timçenkoya yaxın olduğu da bildirilir.

Rovneykonun keçmiş biznes ortağı Leonid Dyaçenkonun keçmiş həyat yoldaşı Tatyana Rusiyanın birinci prezidenti Boris Yeltsinin qızı idi. İkisi Rovneikonun iştirak etdiyi bir neçə böyük neft şirkətlərindən biri olan Urals Energy-ni qurublar.

Rovneykonun casuslar və diplomatlar hazırlayan Moskvanın nüfuzlu Beynəlxalq Münasibətlər İnstitutunu (MDBMİ) bitirdiyi və son dərəcə “gizli” şəxs olduğu bildirilir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=101810