
Keçmiş prezidentin qızından ŞOK İDDİA: “Atamı keçmiş arvadı öldürtdürə bilər”
Anqolanın keçmiş prezidenti Joze Eduardo duş Santuşun qızı onun öldürülə biləcəyini deyib.
Busaat.az-ın xəbərinə görə, bu versiyanı yoxlamaq üçün İspaniyada məhkəmə ekspertləri meyiti yarıblar, onun nəticələri hələ məlum deyil.
“Agence France-Presse” xəbər verir ki, Çize duş Santuş bu cəhddə atasının keçmiş həyat yoldaşı Ana Paulanı ittiham edir. Siyasətçinin qızının sözlərinə görə, Ana Paula eks-prezidentin ətrafının “insanları təqib edən” Anqola hökuməti ilə bağlıdır.
Duş Santuşun ailəsi də Anqola hakimiyyətinin təzyiqlərini açıqlayıb – siyasətçinin Barselonada dəfn olunmaq istəyinə baxmayaraq, onu vətənində dəfn etmək istəyirlər.
Joze Eduardo duş Santuş iyulun 8-də ürək tutmasından vəfat edib. O, Anqolanı 38 il idarə edib və 2017-ci ildə vəzifəsini tərk edib.(Lent.az)






















