Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 951 $▲1.31%
  • Ethereum1 817 $▲2.73%
  • S&P 5007 562▼0.40%
10°Bakı
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
Gündəm

Kəmaləddin Heydərovun səlahiyyətləri azalır: Nazirlik ləğv olunacaq?

image-1680187256_6
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin yaradılması ilə Fövqəladə Hallar Nazirliyinin (FHN) strukturuna daxil olan qurumlardan biri azaldı.

Məlumat üçün deyək ki, yeni agentlik FHN-nin tərkibində fəaliyyət göstərən Su Ehtiyatları Dövlət Agentliyinin əsasında yaradılıb.

Qaynarinfo xəbər verir ki, bu faktı FHN-nin ləğvinə hazırlıq kimi qiymətləndirənlər var. İddia olunur ki, yaxın vaxtlarda daha bir neçə qurum FHN-nin tərkibindən çıxarılacaq.

FHN Azərbaycanın dövlət qurumları arasında ən böyük qurumlardan hesan edilir. Hazırda nazirliyin tərkibində 18 qurum fəaliyyət göstərir:

Dövlət Yanğından Mühafizə Xidməti
Dövlət Yanğın Nəzarəti Xidməti
Mülki müdafiə qoşunları
Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi
Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi
Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi
Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti
Xüsusi Riskli Xilasetmə Xidməti
Xəzər Hövzə Qəza-xilasetmə Xidməti
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi
«İzotop» xüsusi kombinatı
Əməliyyat-istintaq idarəsi
Əsaslı Tikinti idarəsi
Maddi-Texniki Təchizat İdarəsi
Aviasiya dəstəsi
Fövqəladə Hallar Nazirliyinin Akademiyası
İdman-sağlamlıq klubu
Tibb Xidməti

Bundan başqa, nazirliyin 9 regional mərkəzi var:

Bakı Regional Mərkəzi
Sumqayıt Regional Mərkəzi
Şimal-Qərb Regional Mərkəzi
Şimal Regional Mərkəzi
Gəncə Regional Mərkəzi
Aran Regional Mərkəzi
Muğan Regional Mərkəzi
Qarabağ Regional Mərkəzi
Cənub Regional Mərkəzi

Nazirliyin strukturuna isə 8 baş idarə və 6 idarə daxildir:

Fövqəladə halların xəbərdar edilməsi və daxili təhlükəsizlik Baş İdarəsi
Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsi
Kadr siyasəti Baş idarəsi
Maliyyə-iqtisadiyyat Baş idarəsi
Baş əməliyyat idarəsi
Mülki müdafiə işinin təşkili Baş idarəsi
Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsi
Rəqəmsal texnologiyalar və innovasiyaların inkişafı Baş idarəsi
İdarələr isə aşağıdakılardır:
Hüquq idarəsi
İctimaiyyətlə əlaqə idarəsi
Beynəlxalq əlaqələr idarəsi
Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş idarəsi
Komendant xidmətinin təşkili və texniki təminat idarəsi
Nəzarət-təftiş idarəsi

Qeyd edək ki, FHN 2005-ci ildə yaradılıb. Həmin ildən quruma Kəmaləddin Heydərov rəhbərlik edir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=105289