Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin65 466 $▼4.04%
  • Ethereum1 829 $▼5.09%
  • S&P 5007 562▼0.40%
12°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Hərbi

Kərim Vəliyev hərbi hissələrin döyüş hazırlığını yoxladı - Fotolar

image-2
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev bölmələrin döyüş hazırlığının qəfil yoxlanılması məqsədilə Komando briqadaları və digər hərbi hissələrdə olub.

Busaat.az  xəbər verir ki, Baş Qərargah rəisi komandirlərin qərar qəbuletmə və qüvvələrin tətbiqi üzrə praktiki vərdişlərinin təkmilləşdirilməsi, bölmələrin döyüş hazırlığını, döyüş növbətçiliyinin təşkili və aparılmasını yoxlayıb.

Baş Qərargah rəisi döyüş hazırlığı səviyyəsinin yüksəldilməsində əsas diqqətin təlim və məşqlərin planlı və sistematik keçirilməsi, habelə birlik, birləşmə və idarəetmə orqanlarının döyüş uzlaşmasının təmin olunması, hərbi qulluqçuların fərdi hazırlığı, döyüş heyətlərinin tapşırıqları dəqiq və vaxtında icra etməsinə yönəldilməsini tapşırıb.

Təlim və məşqlərin intensivliyi və keyfiyyətinin artırılmasına toxunan müdafiə nazirinin birinci müavini onların Vətən müharibəsi, həmçinin son əməliyyatlar, xüsusilə də cari ilin sentyabr ayında baş vermiş döyüş toqquşmalarında qazanılan təcrübə nəzərə alınmaqla real döyüş vəziyyətinə uyğun şəraitdə keçirilməsi barədə göstəriş verib.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğu sahəsində aparılan islahatlar haqqında danışan general-polkovnik K.Vəliyev postmüharibə dövründə görülən tədbirlər nəticəsində Azərbaycan Ordusunun əməliyyat və döyüş imkanlarının xeyli artdığını bildirib.

Müdafiə nazirinin göstərişlərini şəxsi heyətə çatdıran Baş Qərargah rəisi onların icrası ilə bağlı aidiyyəti vəzifəli şəxslər qarşısında tapşırıqlar qoyub.






MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=94419