Kirayə evlər ucuzlaşacaq (SƏBƏB)

Kirayə evlər ucuzlaşacaq (SƏBƏB)backend

“İyun ayında kirayə mənzil bazarında qiymətlərin enməsi müşahidə olunacaq”.

Bunu Qaynarinfo-ya açıqlamasında əmlak eksperti Elnur Əsədov deyib. Onun sözlərinə görə, buna səbəb iri şəhərlərdə kirayə qalan tələbələrin tədris ili bitdiyindən evləri təhvil verməsidir.

“Amma elə yerlər var ki, tələbələr yaşadığı kirayə evi təhvil vermir. Həmin yerlərdə kirayə evlərin qiyməti enməyəcək. Bu gün kirayə mənzil bazarında ən çox tələbat 500 manata kimi ölan evlərədir. Bu da əsasən Bakı və Sumqayıt şəhərlərini əhatə edir, çünki ali məktəb müəssisələrinin əksəriyyəti bu şəhərlərdədir. Kirayə mənzil bazarının 20%-ni tələbələr təşkil edir. Yay aylarında tələbələr evləri sahiblərinə təhvil verəndə kirayə mənzil bazarında təklif çoxalır”, – deyə ekspert bildirib.

Elnur Əsədovun sözlərinə görə, kirayə qaldıqları evlərin şəraitindən narazı olan ailələr tələbələr təhvil verdiyi evlərə üstünlük verir. “Bu evlərin isə kirayə qiymətində enmə müşahidə olunmur, əksinə 5-10% artır”, deyə E. Əsədov vurğulayıb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90