Həyat yoldaşını və iki qızını, sonra da özünü qətlə yetirdi – Dəhşətli qətlin təfərrüatı bəlli olub – FOTO

image-feruzbackend

Moskva yaxınlığındakı Şelkovoda ata ailəsini öldürərək intihar etdi.

Busaat.az  rus portallarına istinadən xəbər verir ki, 42 yaşlı Tacikistan vətəndaşı Firuz Yorov həyat yoldaşı ilə idman mərcləri ilə bağlı kəskin mübahisə edib Münaqişə zamanı kişi həyat yoldaşını, daha sonra 11 və 17 yaşlarında olan iki qızını bıçaqla qətlə yetirib. Firuz daha sonra özünü öldürmək qərarına gəlib.

Cəsədlər aprel ayından bəri mənzildə olub. Ekspertiza zamanı ölənlərin bədənlərində bıçaq və kəsilmiş yaralar aşkar edilib. Öldürülən uşaqlar evdə təhsil alırmış. Buna görə də onların itkin düşdükləri dərhal hiss edilməyib.

Qeyd edək ki, Yorovlar ailəsi 2010-cu ildə Rusiya vətəndaşlığını alıb. İlkin versiyaya görə, Firuz cəsədlərlə bir neçə gün yaşayıb və dərhal intihar etməyib. o vəziyyətin çıxılmaz olduğunu görərək sirkə içib.

Firuz Yorov telekommunikasiya şirkətlərindən birində inkişaf şöbəsinin müdiri işləyirdi, ailə ipotekanı ödəyirdi.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90