Bəşər Əsəd Moskvadadır

image-ap_18073492801791-e1533649776542backend

Suriya prezidenti Bəşər Əsəd çərşənbə axşamı Moskvaya rəsmi səfərə gəlib.

“Prezident Bəşər Əsəd Rusiya Federasiyasına rəsmi səfər məqsədilə bu gün axşam saatlarında Moskvaya gəlib”, – Suriya Prezident ofisi qeyd edib.

Prezident ofisi bildirib ki, Əsədi böyük bir nazir heyəti müşayiət edir.

Kremldən bildirilib ki, Rusiya prezidenti Vladimir Putin və Əsəd martın 15-də danışıqlar aparacaq. Onlar müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq və Yaxın Şərq ölkəsində vəziyyətin nizamlanması perspektivlərini müzakirə edəcəklər.

Putin və Əsəd sonuncu dəfə 2021-ci ilin sentyabrında Suriya prezidenti Moskvaya gələndə görüşüb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki