Məzmuna keç
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin67 219 $▼1.47%
  • Ethereum1 906 $▼1.10%
  • S&P 5007 562▼0.40%
18°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

KİV: "Rusiyadan Türkiyəyə taxıl daşımaq üçün 40-a yaxın gəmi yola düşəcək"

image-taxil-sazisi
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Bir milyon ton Rusiya taxılı Türkiyəyə hər biri 25 min metrik ton yerdəyişmə qabiliyyətinə malik 40 gəmi ilə daşınacaq.

Busaat.az xəbər verir ki, bu barədə “Sabah” qəzeti məlumat dərc edib.

Mənbə bildirib ki, hazırda reyslərin qrafiki dəqiqləşdirilir. Taxıl Tuapse və Novorossiysk limanları vasitəsilə daşınacaq.

Taxıl Türkiyədəki özəl un dəyirmanlarına təhvil veriləcək. Un üçün əsas istiqamətlər Burkina Faso, Zimbabve, Mali, Somali, Eritreya və Mərkəzi Afrika Respublikasıdır. Əas bu ölkələrə üstünlük verilir, çünki onlarda un üyütmə qabiliyyəti yoxdur. Gələcəkdə Rusiya taxılından hazırlanan un Çad, Liviya, Cibuti, Yəmən və Efiopiyaya göndəriləcək.

Avqustun 31-də Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrov və Hakan Fidan taxıl sazişini və Türkiyəyə güzəştli qiymətlə 1 milyon ton Rusiya taxılının tədarükünün təşkili təşəbbüsünün həyata keçirilməsi parametrlərini müzakirə etmək üçün Moskvada görüşdülər.

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan məsələni müzakirə etmək üçün sentyabrın 4-də Soçidə bir araya gəliblər.

Tərəflər razılaşıblar ki, bu layihə iyulun 18-də başa çatmış taxıl müqaviləsini əvəz etmir. Onun məqsədi inkişaf etməkdə olan ölkələrdə kritik ərzaq qıtlığının qarşısını almaqdır. Türkiyə bu təşəbbüsü dəstəkləyib və onu qəbul etməyə hazır olduğunu bildirib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=120998