Kiyev “Şimal axını” təxribatında iştirak etməyib – MN

image-denmark-sweden-russia-energy-gas-leakbackend

Ukrayna xüsusi xidmət orqanları “Şimal axını” təbii qaz kəmərlərinə yönəlik təxribatlarda iştirak etməyib.

Busaat.az xarici mediaya istinadən xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Aleksey Reznikov bildirib.

O, bu bəyanatı Aİ müdafiə nazirlərinin Stokholmda keçirilən iclası çərçivəsində boru kəmərlərinə ziyan vuran partlayışlarla bağlı son xəbərlərdən sonra verib.

“Mənim üçün bu bir az qəribədir, çünki bu hekayənin bizə heç bir aidiyyatı yoxdur. İnanıram ki, rəsmi qurumların araşdırması həqiqətləri aydınlaşdıracaq”, – deyə Reznikov Avropa Komissiyasının saytında yerləşdirilən videoda bildirib.

Çərşənbə axşamı “The New York Times” ABŞ rəsmilərinə istinadən yazıb ki, son kəşfiyyat məlumatları “Şimal axını 1 və 2” boru kəmərlərinin sabotajının arxasında ukraynayönlü qrupun ola biləcəyini göstərir.

Hesabatda deyilir ki, ABŞ hökuməti əməliyyatdan xəbərsizdir.

Almaniyanın “Die Zeit” qəzeti xəbər yayıb ki, alman müstəntiqlər təxribatçıların istifadə etdiyi gəmini müəyyən ediblər. Onu icarəyə götürən şirkətin Ukrayna vətəndaşlarına məxsus olduğu və Polşada qeydiyyatdan keçdiyi bildirilir.

 

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90