Konfrans Liqası: “Fənərbağça” Belçikada qalib gəldi

image-1709875986-17098532762699260291_1200x630backend

UEFA Avropa Konfrans Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına yekun vurulub.

Busaat.az xəbər verir ki, Türkiyənin turnirdəki yeganə təmsilçisi “Fənərbağça” səfərdə Belçikanın “Union” komandası ilə üz-üzə gəlib.

Görüş İstanbul nəhənginin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçda qolları Mişi Batşuayi, Cayden Ostervolde və Duşan Tadiç vurub.

1/8 final mərhələsində baş tutan digər oyunların nəticələri:

Ayaks” – “Aston Villa” – 0:0

“Molde” – “Brügge” – 2:1.

“Şturm Qraz” – “Lill” – 0:3

“Olimpiakos” – “Makkabi Təl-Əviv” – 1:4

“Dinamo Zaqreb” – PAOK – 2:0

“Makkabi” Hayfa – “Fiorentina” – 3:4

“Servett” – “Viktoriya” – 0:0

Qeyd edək ki, cavab qarşılaşmaları martın 14-də baş tutacaq.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki