Məzmuna keç
  • Azeri Light100.63 $▲1.24%
  • Brent neft95.88 $▲5.03%
  • WTI neft88.73 $▲4.06%
  • Avropa qazı (TTF)93.70 €▲7.43%
  • Təbii qaz (ABŞ)3.364 $▲2.94%
  • Qızıl3 885 $▼2.39%
  • Gümüş50.06 $▼2.66%
  • Pambıq78.56 ¢▼4.59%
  • Buğda582.50 ¢▼3.16%
  • Bitcoin71 300 $▲0.08%
  • Ethereum2 014 $▲0.12%
  • S&P 5007 592▼0.33%
12°Bakı
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
Dünya

Kreml Krıma endirilən zərbəyə necə cavab verəcək? - Kiyevdəki "hökumət məhəlləsi" etibarlı qorunur

image-thumb600x0-9
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Rusiyanın raket atışlarından başqa Ukraynanın Krımdakı aviabazaya vurduğu zərbəyə cavab verəcək heç nəyi yoxdur”.

Bunu tanınmış ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.

Jdanov bildirib ki, Kremlin Zaporojye Atom Elektrik Stansiyasında nəsə törədəcəyinə dair hədələrinə ciddi yanaşmaq doğru deyil.

Hərbi ekspert Kremlin Krımdakı zərbəyə cavab olaraq Kiyevdəki qərar vermə mərkəzlərini, yəni Prezident Ofisi, parlament və s. vuracağına dair iddiaları da cavablandırıb.

O, deyib ki, belə bir addımın atılması inandırıcı görünmür və atılacağı təqdirdə belə, bunun hansısa ciddi effekt verəcəyi gözlənilmir. Çünki “hökumət məhəlləsi” çox etibarlı şəkildə qorunur və buradakı tikililər hələ sovet dövründən hətta nüvə zərbəsinə tab gətirəcək şəkildə inşa edilib. Əksər ekspertlərin fikrincə, həm də bu səbəbdən Moskva bu günə qədər Kiyevin mərkəzindəki sözügedən əraziyə raket zərbələri endirməyib.

Jdanov əlavə edib ki. Rusiyanın hazırda dəqiq raketlər sarıdan ciddi problemləri var və Krımdakı məlum hadisəyə cavab olaraq müəyyən zərbələr gözlənilsə də, Ukrayna şəhərlərinin kütləvi şəkildə raket zərbələrinə məruz qalacağı gözlənilən deyil.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=83416