Kremldən Zelenskinin Rusiya ilə müharibə barədə fikrinə reaksiya

image-kremlbackend

“Kreml Ukrayna Prezidenti Vladimir Zelenskinin Rusiya ilə tammiqyaslı müharibə ehtimalı barədə səsləndirdiyi fikirlərə təəssüf hissi ilə yanaşır”.

Busaat.az  xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Jurnalistlərin Kremldə müharibə təhlükəsi görüb -görmədiklərinə dair suala gəldikdə isə Peskov, “heç bir apokaliptik gözləntilərə qapılmaq istəməzdik”, – deyə cavab verib.

Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski “YES Brainstorming” forumu çərçivəsində Rusiya ilə müharibə ehtimalını istisna etməyib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90