“2014-cü ildə hakimiyyət dəyişikliyi olmasaydı, Krım Ukraynanın tərkibində qalacaqdı”.
Busaat.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov amerikalı jurnalist Taker Karlsona müsahibəsində deyib.
“2014-cü ilin fevral ayında dövlət çevrilişi olmasaydı və o vaxtkı prezident Viktor Yanukoviç ilə müxalifət arasında bir gün əvvəl əldə edilmiş razılaşma həyata keçirilsəydi, Ukrayna hələ də vahid və Krım da onun tərkibində olardı”, – Lavrov bildirib.