FTX kriptovalyuta birjasının təsisçisi və baş direktoru Sam Bankman-Frid bu həftənin əvvəlində 17 milyard dollara yaxın sərvətinin böyük hissəsini itirib.
Busaat.az xəbər verir ki, indi Fridin sadəcə 1 milyard dolları qalıb.
CEO-nun sərvətinin rekord həddə iflasının səbəbi 2019-cu ildən idarə etdiyi şirkətinin satış potensialı olub.
“Bağışlayın, mən hər şeyi korladım”
IFLScience-in xəbərinə görə, Bankman-Frid çərşənbə axşamı FTX-nin rəqib kriptovalyuta birjası Binance-ə satılacağını açıqlayıb. Bu açıqlamadan sonra ortaya çıxan spekulyasiya bir çox investorun qısa müddətdə şirkətdən 6 milyard dollar dəyərində səhmlərini çəkməsinə səbəb olub.
Bankman-Frid hələ də FTT-lərini nağdlaşdıra bilməyən müştərilərə aktivlərinin təhlükəsiz olduğunu söyləyib və Twitter-də, “Komandamız artıq yığılmış borcları geri ödəmək tələbləri ilə məşğul olmağa çalışır. Biz gedirik” – deyə, bildirib.
Bankman-Frid, hər şeyin yoluna düşməsi üçün bir az vaxt lazım olacağını, lakin indi əsas vacib məsələnin müştəriləri qorumaq olduğunu söyləyib.
Reuters xəbər verir ki, baş direktor işçilərinə açıqlama verərkən vəziyyəti çox sadə şəkildə izah edib: “Bağışlayın, mən hər şeyi korladım”.
Busaat.az