Kriptovalyuta Rusiya Mərkəzi Bankını və Maliyyə nazirliyini qarşı-qarşıya gətirdi

image-close-up-of-golden-coins-with-bitcoin-symbol-backgroundbackend

Rusiyada kriptovalyuta ilə bağlı maliyyə qurumları arasında mübarizə qızışıb.

Busaat.az  xarici agentliklərə istinadən xəbər verir ki, federal Maliyyə Nazirliyinin Maliyyə siyasəti departmanetinin direktoru İvan Çebesov Mərkəzi bankın kriptovalyutanın qadağan olunması ilə bağlı çıxışına sərt təpki göstərib.

“Bilmirəm, Şanpen Çjaonun (“Binance” kriptobirjasının təsisçisi) çıxışından sonra hansısa qadağadan necə danışmaq olar. Çjao bizim yeni valyuta növünə olduqca dar çərçivədən baxdığımızla bağlı sözlərində haqlıdır. Çünki biz “NFT” və “Defi” kimi iqtisadi sistemlərdən kənarda qalırıq”,- deyə, maliyyə rəsmisi bildirib.

Onun sözlərinə görə, Rusiya hakimiyyətinin kriptovalyutaların mayninqi və əməliyyatlarını yasaqlamağa ixtiyarı yoxdur, çünki əks təqdirdə ölkə yüksək texnologiyalı sahələrdən geri qalacaq.

“Fikrimcə, biz onun qadağan olunması haqqında deyil, nizamlanması haqqında düşünməliyik. Çünki tənzimləmə vətəndaşlarımızı da qorumağa şərait yaradacaq. Əka halda isə Rusiya vətəndaşları kriptovalyuta ilə “təkbətək” qalmalı olacaq”,-deyə, o qeyd edib.

Xatırladaq ki, bu ilin yanvar ayının əvvələrində Rusiya Mərkəzi bankı xüsusi hesabat yayaraq RF ərazisində kriptovalyutaların yasaqlanması və dövriyyədən çıxarılması haqqında çağırış etmişdi.

“Bloomberg” agentliyinin məlumatına əsasən, Mərkəzi Bank Federal Təhlükəsizilik Xidmətinin təzyiqi ilə belə bir addım atıb. Təhlükəsizlik strukturları kriptovalyutalar vasitəsilə müxalifətin və “arzuolunmayan təşkilatların” maliyyələşə biləcəyini güman edir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90