Məzmuna keç
  • Azeri Light100.63 $▲1.24%
  • Brent neft95.15 $▲4.23%
  • WTI neft88.24 $▲3.48%
  • Avropa qazı (TTF)93.70 €▲7.43%
  • Təbii qaz (ABŞ)3.311 $▲1.32%
  • Qızıl3 884 $▼2.42%
  • Gümüş50.16 $▼2.47%
  • Pambıq78.56 ¢▼4.59%
  • Buğda590.00 ¢▼1.91%
  • Bitcoin71 877 $▼2.77%
  • Ethereum2 020 $▼1.64%
  • S&P 5007 626▲0.10%
12°Bakı
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
Gündəm

“Laçın dəhlizinin Ermənistandan keçən hissəsi yazda hazır olacaq”

image-mycollages_-_2022-08-04t121510-483
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Laçın dəhlizinə alternativ yolun tikintisi gələn ilin yazında yekunlaşacaq”.

Busaat.az xəbər verir ki, bu barədə Ermənistan ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan hökumətin iclasında deyib.

“Biz işlərə başlamışıq, texnika işləyir, yol tikilir və gələn ilin yazına başa çatacaq. Biz işləri üç mərhələyə bölmüşük və fəal şəkildə tikirik”, – o əlavə edib.

Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Laçın dəhlizinin Azərbaycandan keçən hissəsində aparılan tikinti işləri yekunlaşmaq üzrədir. Hazırda layihə üzrə işlər son yekunlaşdırma mərhələsindədir.

Xatırladaq ki, Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolununun tikintisinə 2021-ci ilin iyul ayında başlanılıb. Yolun ümumi uzunluğu 32 km təşkil edir (bundan 10 km Ermənistan ərazisində yerləşir) və III texniki dərəcəyə uyğun layihələndirilib. Yoxuşlarda 3, digər hissələrdə 2 hərəkət zolaqlı olan yolun layihə üzrə hərəkət hissəsinin eni 7-10.5 metr, torpaq yatağının eni 12-15 metr, çiyin hissələrin eni isə 2×2.5 (5 m) metr təşkil edir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=82958