Laçın yolu dekabrın 26-da açılır? – Separatçılardan İDDİA

image-russian-peacekeepers-in-nagorno-karabakhbackend

Dünən Qarabağ erməniləri Rusiya sülhməramlı kontingentinin Xankəndi-Şuşa yolundakı nəzarət keçid məntəqəsinə toplaşaraq sülhməramlılardan Laçın yolunun normal fəaliyyətini təmin etməyi tələb ediblər.

Busaat.az xəbər verir ki, mitinqin təşkilatçılarından olan siyasətçi Tiqran Petrosyan ARMENPRESS-ə bildirib ki, Rusiya sülhməramlı kontingentinin nümayəndəsi dekabrın 26-da Laçın yolunun açıla biləcəyini bildirib.

“Onlar həmçinin dedilər ki, azərbaycanlılar yolu açdıqdan sonra hər hansı yeni keçid məntəqəsinin quraşdırılmasından söhbət gedə bilməz” – deyə, Petrosyan əlavə edib.

Axşam saatlarında Petrosyan sosial şəbəkədə bəyanat yayıb və aydınlaşdırıb ki, Rusiya sülhməramlı kontingentinin nümayəndəsi ona dekabrın 26-da ali rəhbərliyin görüşünün keçiriləcəyini, məsələnin yekun həllini tapacağını və yolun açılmalı olduğunu deyib.

Ehtimal ki, Petrosyan MDB-nin dekabrın 26-27-də Sankt-Peterburqda keçirilməsi planlaşdırılan qeyri-rəsmi sammitini nəzərdə tutub.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90