“Ukraynada xüsusi əməliyyat başlayandan sonra Avropa liderləri mənimlə ünsiyyətdən yayınmağa başlayıblar”.
Busaat.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov amerikalı jurnalist Taker Karlsonla müsahibəsində deyib.
O qeyd edib ki, Rio-de-Janeyroda keçirilən G20 sammitində Qərb nümayəndələri Rusiya tərəfi ilə müzakirələrdən uzaq durmağa üstünlük veriblər. Lavrovun sözlərinə görə, bu, konstruktiv qarşılıqlı fəaliyyət imkanlarına xələl gətirir.
“Kimsə mənimlə danışan amerikalı və ya avropalı görəndə xoşagəlməz şəkildə baxırlar. Avropalılar məni görəndə ümumiyyətlə qaçırlar. Bu, G20-nin sonuncu sammiti zamanı baş verib. Onlar böyüklər idi, amma uşaq kimi davranırdılar. İnanılmazdır”, – deyə nazir qeyd edib.
Lavrovun sözlərinə görə, beynəlxalq tədbirlərdə bəzi amerikalı nümayəndələr onu salamlayır və bir neçə cümlə mübadiləsi aparırlar.