
Lavrov bəyan etdi - Ukraynaya hücum...
“Rusiyanın Ukraynaya müdaxilə etməyəcəyini dəfələrlə açıqlamışıq”.
Busaat.az xəbər verir ki, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov ABŞ-ın Dövlət katibi Entoni Blinkenlə Cenevrədə baş tutan görüşdən sonra belə deyib. O bildirib ki, ABŞ-ın iddialarının əksinə olaraq Rusiya Ukraynaya hücum etməyəcək.
“Qərbin Rusiyanın Ukraynaya hücum edəcəyi barədə iddiaları Kiyevi hərbi mənada cəsarətləndirmək və Minsk anlaşmasını pozmaq məqsədi daşıyır” – deyə Lavrov qeyd edib.























