“Lavrov bu məsələlərdən danışır, ancaq mövzu Qarabağ olduqda susur” – ŞƏRH

image-422068647_0_0_2000_1130_1920x0_80_0_0_db1c218a92a4d542c03a813ba5cde8e0backend
image-uzb_ads_desk

“Sanki Rusiya iqtisadi əməkdaşlığı sanksiyaların verdiyi zərərlərdən qurtulmaq üçün ona yaradılan imkanlardan özünə yol axtarır”.

Bunu Rusiya XİN rəhbəri Lavrovun Azərbaycana səfəri çərçivəsində keçirilən görüşdə Qarabağ məsələsinə toxunmaq istəməməsi barədə fikirlərini səsləndirən politoloq Əhməd Əlili Busaat.az-a açıqlamasında deyib.

O bildirib ki, Lavrovun Azərbaycana səfərini meqalayihələrin inkişafı üçün nəzərdə tutulmuş səfər kimi qiymətləndirə bilərik:

“Bu barədə Lavrovun özü də açıqlama verdi. O, səfər çərçivəsində meqalayihələr barəsində daha çox danışdı. Lakin mövzu Qarabağ, Laçın yolundakı proseslərə gəldikdə isə, jurnalistlərin suallarına ötəri şəkildə cavab verməyə çalışırdı. Nəticədə Rusiyanın mövqeyi ilə bağlı boşluq meydana gəldi. Sanki Rusiya iqtisadi əməkdaşlığı sanksiyaların verdiyi zərərlərdən qurtulmaq üçün ona yaradılan imkanlardan özünə yol axtarır. Ancaq Qarabağ məsələsinə gəldikdə isə bu barədə heçnə danışmaq istəmir”.

Ələsgər / Busaat.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki