“Legiya”nın azarkeşləri polisləri döydü – FOTOLAR

image-156369_qqyl82echybackend

Avropa Liqasının 5-ci turunda “Lester” – “Legiya” oyununda qalmaqal baş verib

Busaat.az xəbər verir ki, qarşılaşmanın ikinci hissəsində Varşava təmsilçisinin fanatları “Lester” tərəfdarlarının yerləşdiyi sektora keçməyə çalışıblar. Həmin anda polislər sözügedən azarkeşlərə mane olmaq istəyib. Müqavimət ilə üzləşən polşalılar onlara da hücum çəkiblər. Nəticədə 12 polis əməkdaşı müxtəlif xəsarətlər alıb. Qonaqların 7 fanatı saxlanılıb.

Qeyd edək ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin də oynadığı “Legiya” “Lester”ə 1:3 hesabı ilə məğlub olaraq, qrupda sonuncu pilləyə düşüb.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90