Lionel Messinin yeni  klubu AÇIQLANDI

image-52806028_0_0_1819_1023_1920x0_80_0_0_a198c2e303f49434d42bd21a34d3e0af-jpgbackend

Argentina millisinin hücumçusu Lionel Messi “İnter Mayami” klubu ilə müqavilə bağlayacaq.

Busaat.az xəbər verir ki, bu barədə “Radio Continental” məlumat yayıb .

Mənbənin  bildirdiyinə  görə, Messi artıq heç kimlə danışıq aparmayacaq və Amerika klubunun futbolçusu olacaq.

Bundan  əvvəl mətbuatda “İnter Mayami”nin argentinalı futbolçuya  200 milyon dollarlıq müqavilə təklif etdiyi barədə məlumat yayılıb.

Qeyd edək ki, daha əvvəl PSJ Messinin müqavilə müddəti bitdiyi üçün mövsümün sonunda ayrılacağını açıqlamışdı.

Busaat.az

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90