Litva Rusiyadan elektrik enerjisi idxalını dayandırdı

image-16532044723776239016_1000x669backend

Litva bu gündən etibarən Rusiyadan elektrik enerjisi idxalını dayandırıb.

Busaat.az xəbər verir ki, bu barədə Litvanın Energetika Nazirliyi məlumat yayıb.

Nazirliyin cümə günü qəbul etdiyi qərar mayın 22-də qüvvəyə minib. Respublikanın elektrik enerjisinə olan tələbatı bundan sonra yalnız daxili istehsal və Latviya, Polşa və İsveç üzərindən qoşulma ilə idxal hesabına təmin olunacaq. 2021-ci ildə Litva daxili istehlak üçün lazım olan elektrik enerjisinin 17 faizini Rusiyadan almışdı.

Beləliklə, Litvada artıq Rusiyanın nə qazı, nə nefti, nə də elektrik enerjisi var.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90