“Liverpul”dan böyükhesablı qələbə

“Liverpul”dan böyükhesablı qələbəbackend

“Liverpul” İngiltərə kubokunun 1/32 final mərhələsində “Aston Villa” ilə qarşılaşıb.

Busaat.az xəbər verir ki, görüş “mersisaydlılar”ın 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda hesabı 4-cü dəqiqədə “qırmızılar”ın futbolçusu Sadio Mane açıb. Lui Barri 41-ci dəqiqədə bərabərlik qolunu vurub. Jorjinyo Vaynaldum 60-cı dəqiqədə “Liverpul”u yenidən hesabda önə çıxarıb. Mane 63-cü dəqiqədə fərqi bir qədər də artırıb və dublunu rəsmiləşdirib. Məhəmməd Salah isə 65-ci dəqiqədə fərqlənməklə görüşün yekun hesabını müəyyənləşdirib.

Beləliklə, “Liverpul” böyükhesablı qələbə qazanaraq, İngiltərə kubokunun 1/16 final mərhələsinə vəsiqəni təmin edib.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki