Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq79.02 ¢▲0.61%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin67 106 $▼1.64%
  • Ethereum1 901 $▼1.38%
  • S&P 5007 562▼0.40%
17°Bakı
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
  • USD1.7000
  • EUR1.8805▼0.0027
  • 100 RUB2.0511▼0.0038
  • GBP2.2495▼0.0046
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▼0.0013
  • 100 KZT0.3826▲0.0024
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0631▼0.0010
  • CHF2.0356▼0.0048
Dünya

Liviyada daşqın nəticəsində yetim qalan uşaqlar dövlət himayəsinə götürüləcək

image-liviya
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Liviyanın şərqində Nümayəndələr Palatasının təyin etdiyi hökumət sentyabrın 10-da sel fəlakəti səbəbilə ailələrini itirmiş uşaqları dövlət himayəsinə götürmək qərarına gəlib.

Busaat.az xəbər verir ki, bu barədə hökumətin baş naziri Üsamə Hammadin rəsmi Facebook səhifəsində məlumat dərc olunub.

Qərarın birinci maddəsinə görə, Derne və ətraf şəhərləri vuran Daniel Fırtınasında ailələrini itirmiş bütün Liviyalı uşaqlara “dövlət himayəsində” statusu veriləcək.

İkinci maddəyə görə, dövlət qərar çərçivəsində hər bir uşağa sosial və psixoloji yardım edəcək. Bu çərçivədə uşaqlara aylıq müavinətlər veriləcək, onların yerləşdirilməsi üçün münasib yerlər ayrılacaq, təhsil və müalicə xərcləri qarşılanacaq.

Üçüncü maddəyə görə, kimsəsiz uşaqların müəyyən edilməsi üçün yaradılacaq ekspert komissiyası ən geci bir ay ərzində öz işini başa çatdıracaq.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=122969