London məhkəməsi Assanjı ABŞ-a verməkdən imtina etdibackend

London Mərkəzi Cinayət Məhkəməsi gözlənilmədən “Wikileaks” portalının qurucusu Culian Assanjın ABŞ-a ekstradisiya olunmasına razılıq verməyib.

Busaat.az xəbər verir ki, məhkəmənin hakimi Vanessa Baraytser imtina səbəbini Assanjın həyatı və təhlükəsizliyinə qarşı təhdidlərin olması ilə əsaslandırıb. ABŞ vəkillərinin qərarla bağlı apelyasiya şikayəti verəcəyi ehtimal olunur.

Qeyd edək ki, Culian Assanj 2006-cı ildə bir sıra hökumətlər, o cümlədən ABŞ rəhbərliyinin fəaliyyəti barədə məxfi informasiyaların dərc olunduğu “WikiLeaks” portalını təsis edib. 2012-ci ildə İsveçin ona qarşı seksual cinayət ittihamından sonra Ekvadorun Londondakı səfirliyinə sığınıb və 7 ilə yaxın orada gizlənib. 11 aprel 2019-cu il səhəri ABŞ-ın istəyi ilə London polisi tərəfindən saxlanılıb. Ekstradisiya məhkəməsi 2 may 2019-cu ildə başlayan Assanja qarşı daha sonra ABŞ tərəfindən casusluq və gizli məlumatların açıqlanması qanunlarının 17 maddəsi ilə əlaqədar yeni ittihamlar irəli sürülüb. ABŞ-a ekstradisiya ediləcəyi təqdirdə Assanjı 175 ilə qədər həbs cəzası gözləyir.