Məzmuna keç
  • Azeri Light95.13 $▼1.09%
  • Brent neft92.51 $▲0.08%
  • WTI neft86.36 $▼0.32%
  • Avropa qazı (TTF)87.22 €▲2.67%
  • Təbii qaz (ABŞ)3.238 $▼1.61%
  • Qızıl3 992 $▼1.53%
  • Gümüş51.59 $▼1.77%
  • Pambıq82.35 ¢▲5.21%
  • Buğda600.75 ¢▲1.14%
  • Bitcoin73 651 $▼0.06%
  • Ethereum2 047 $▼0.19%
  • S&P 5007 619▲1.29%
9°Bakı
  • USD1.7000
  • EUR1.8981▼0.0056
  • 100 RUB2.0422▼0.0418
  • GBP2.2693▼0.0141
  • TRY0.0338▼0.0001
  • AED0.4628
  • CNY0.2547▼0.0002
  • GEL0.6564▲0.0003
  • 100 KZT0.3798▲0.0030
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0708▼0.0060
  • CHF2.0587▼0.0220
  • USD1.7000
  • EUR1.8981▼0.0056
  • 100 RUB2.0422▼0.0418
  • GBP2.2693▼0.0141
  • TRY0.0338▼0.0001
  • AED0.4628
  • CNY0.2547▼0.0002
  • GEL0.6564▲0.0003
  • 100 KZT0.3798▲0.0030
  • UAH0.0374▼0.0001
  • 100 JPY1.0708▼0.0060
  • CHF2.0587▼0.0220
Dünya

Londonda fermerlər etiraz aksiyasına başlayıblar

image-801c2d10-1701-34fd-a033-4d3db2fb41c8_850jpg-1733921829
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Yüzlərlə fermer Londonun mərkəzində traktorlarla etiraz aksiyasına başlayıb. Onlar miras qalmış kənd təsərrüfatı təyinatlı torpaqlara vergi tətbiq edilməsinə qarşı çıxırlar.

Busaat.az xəbər verir ki, bu barədə “Sky News” telekanalı məlumat yayıb.

“Yüzlərlə fermer yeni vergi ilə bağlı qəzəblərini ifadə etmək üçün bu gün traktorlarla Londonun mərkəzi rayonu olan Vestminster ətrafındakı küçələrə çıxıb”, – telekanal bildirib.

Aksiyaya mətbuat nümayəndələri və müxalifət partiyalarının liderləri qoşulub. Bundan başqa, bir çox britaniyalı siyasətçi, o cümlədən keçmiş baş nazirlər Boris Conson və Liz Trass da fermerlərə dəstəklərini bildiriblər.

Daha əvvəl Böyük Britaniyanın Maliyyə Nazirliyi dəyəri 1 milyon funt sterlinqdən (təxminən 1,3 milyon dollar) çox olan miras qalmış kənd təsərrüfatı torpaqlarına 20 faiz vergi tətbiq ediləcəyini elan edib. Ölkə hökuməti bunun 500 fermer təsərrüfatına şamil ediləcəyini bildirib.

“Milli Fermerlər İttifaqı” (NFU) Fermer Assosiasiyası hesab edir ki, əslində vergi dəyişiklikləri fermer təsərrüfatlarının 66 faizini əhatə edəcək. Dəyişikliklərin 2026-cı ilin aprelində qüvvəyə minəcəyi gözlənilir.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=155649