Məzmuna keç
  • Azeri Light102.68 $▲2.80%
  • Brent neft95.84 $▲0.22%
  • WTI neft88.56 $▲0.35%
  • Avropa qazı (TTF)90.95 €▼2.93%
  • Təbii qaz (ABŞ)3.230 $▼3.06%
  • Qızıl3 886 $▼0.79%
  • Gümüş49.12 $▼2.24%
  • Pambıq78.68 ¢▲0.18%
  • Buğda593.25 ¢▲0.34%
  • Bitcoin64 967 $▲1.34%
  • Ethereum1 820 $▲2.91%
  • S&P 5007 562▼0.40%
10°Bakı
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
  • USD1.7000
  • EUR1.8805
  • 100 RUB2.0511
  • GBP2.2495
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3826
  • UAH0.0374
  • 100 JPY1.0631
  • CHF2.0356
Mədəniyyət

Los Ancelesdə Respublika Gününə aid film təqdim olundu - Video

image-film
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu 28 may – Respublika Gününə həsr olunmuş ingilis dilində qısa film hazırlayıb.

Konsulluqdan  verilən məlumata görə, dahi bəstəkarımız Üzeyir Hacıbəylinin “Koroğlu” üvertürasının müşayiəti ilə təqdim olunan, rəngarəng şəkil və videoların əks olunduğu filmdə Azərbaycan Demokratik Respublikasının (ADR) 1918-ci ildə qurulduğu və müsəlman dünyasında ilk dünyəvi demokratik ölkə olduğu qeyd edilir. Həmçinin, Azərbaycanın 1919-cu ildə müsəlman dünyasında ilk dəfə olaraq qadınlara seçmək və seçilmək hüququ verdiyi vurğulanır.

Filmdə ADR-in mütərəqqi islahatlar apararaq müasir dövlət quruculuğuna başladığı bildirilir. Ancaq zəngin neft ehtiyatlarına sahib Azərbaycanın bolşeviklərin əsas hədəfi olduğu, Vladimir Leninin “Sovet dövləti Bakı nefti olmadan sağ qala bilməz” sözləri vurğulanaraq, 28 aprel 1920-ci ildə Sovet ordusunun Azərbaycanı işğal etdiyi və respublikamızın müstəqilliyinə son qoyduğu qeyd edilir. 50 min azərbaycanlının bu işğala qarşı mübarizədə həlak olduğu diqqətə çatdırılır.

Film Azərbaycanın Argentina və Yunanıstandakı Səfirlikləri tərəfindən müvafiq olaraq ispan və yunan dillərinə də tərcümə olunub.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=48060