Macarıstan parlamenti Finlandiyanın NATO-ya üzvlüyünü təsdiqlədi

image-thumbs_b_c_7cb9f9d2be8c5cf68ed163406b9b4e11backend

Macarıstan Milli Assambleyası Finlandiyanın NATO-ya üzvlüyünü təsdiqləyib.

Busaat.az xəbər verir ki, daha əvvəl NATO-ya üzv 28 ölkənin parlamentləri tərəfindən təsdiqlənən Finlandiya bu gün Macarıstan parlamentindən lazımi dəstəyi alıb. Beləcə bu say 29-a yüksəlib.

Macarıstan Milli Assambleyasında Finlandiyanın NATO-ya üzvlüyü parlament tərəfindən 6 əleyhinə 182 səslə təsdiqlənib.

Qeyd edək ki, Finlandiyanın NATO-ya üzv olması üçün qərar son olaraq Türkiyə Böyük Millət Məclisi tərəfindən təsdiqlənməlidir.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90