Məzmuna keç
  • Azeri Light106.84 $▲0.03%
  • Brent neft98.32 $▼1.34%
  • WTI neft90.83 $▼0.68%
  • Avropa qazı (TTF)85.59 €▼4.52%
  • Təbii qaz (ABŞ)2.998 $▲1.42%
  • Qızıl4 075 $▲0.52%
  • Gümüş51.94 $▲0.77%
  • Pambıq78.54 ¢▲0.24%
  • Buğda591.25 ¢▼0.67%
  • Bitcoin75 632 $▼0.13%
  • Ethereum2 228 $▼0.32%
  • S&P 5007 377▲0.27%
14°Bakı
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
  • USD1.7000
  • EUR1.9037▼0.0111
  • 100 RUB2.0840▲0.0058
  • GBP2.2834▼0.0101
  • TRY0.0339▼0.0001
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561▲0.0007
  • 100 KZT0.3768▲0.0011
  • UAH0.0375▲0.0002
  • 100 JPY1.0768▲0.0003
  • CHF2.0807▼0.0071
Sosial

Mağazalarda satılan suların bulaq suyu olduğuna necə əmin ola bilərik? - SOSİOLOQDAN AÇIQLAMA

image-qablasdirilmis-su
Qablaşdırılmış su
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Su sözün əsl mənasında həyat mənbəyidir. Normalda insan gün ərzində litr yarımdan 2 litrə qədər su içməlidir. Suya olan tələbatımızı ödəmək üçün hər birimiz mağazalarda məşhur bulaqların adı altında satılan sulardan alıb içirik. Bəs, bu suların həqiqətən də təbii bulaq suyu olduğuna necə əmin ola bilərik?

Mövzu ilə bağlı sosioloq Elçin Bayramlı Busaat.az-a bildirib ki, mağazalarda satılan suların əksəriyyəti heç də deyildiyi kimi, təbii bulaq suyu deyil. Müxtəlif sex və firmalar şəhərə verilən şəbəkə sularını filtirlərdən keçirib, qablaşdırır və məşhur bulaqların adları altında baha qiymətə satışa buraxırlar.

image-sosioloq-elcin-bayramli-1
Sosioloq Elçin Bayramlı

“Sözügedən həmin o məşhur bulaqların əksəriyyətinin mənbəsində olmuşam. Oradan çox kiçik həcmdə su götürmək olar. Həmin bulaqlar bir kəndin, bir qəsəbənin suya olan ehtiyacını tam ödəyə bilmədiyi halda, necə kütləvi şəkildə 10 milyonluq ölkənin suya olan tələbatını təmin edə bilər? Sadəcə zavodlar və sexlər qurulub, şəbəkə suyundan satış məqsədilə müxtəlif adlar altında istifadə olunur. Bu, artıq faydalı minerallarını itirmiş “ölü” su hesab olunur. Alıcılar düşünürlər ki, pul verib təbii su alıb içirlər, amma burada təbii sudan söhbət gedə bilməz. Onun insan orqanizmi üçün heç bir faydası yoxdur. Bu, istehlakçıların aldadılması və onların hüquqlarının kobud şəkildə pozulması deməkdir. Dəfələrlə bu mövzu müzakirə olunub, bu istiqamətdə yoxlamalar aparılıb, həmin sular müxtəlif cihazlarla analiz edilib. Nəticədə məlub olub ki, bu təbii bulaq suyu yox, ölü tərkibə malik adi şəbəkə suyudur”, – sosioloq qeyd edib.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=119674