Məzmuna keç
  • Azeri Light98.76 $▼3.82%
  • Brent neft92.51 $▲0.84%
  • WTI neft84.89 $▼0.14%
  • Avropa qazı (TTF)85.48 €▲1.71%
  • Təbii qaz (ABŞ)3.171 $▲2.72%
  • Qızıl3 797 $▼2.08%
  • Gümüş45.99 $▼3.16%
  • Pambıq81.30 ¢▼0.06%
  • Buğda605.75 ¢▲1.04%
  • Bitcoin64 405 $▼0.72%
  • Ethereum1 804 $▼1.05%
  • S&P 5007 341▼1.07%
10°Bakı
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
  • USD1.7000
  • EUR1.8707▼0.0024
  • 100 RUB2.0606▼0.0043
  • GBP2.2427▼0.0026
  • TRY0.0337
  • AED0.4628
  • CNY0.2550▲0.0002
  • GEL0.6556▼0.0005
  • 100 KZT0.3821▲0.0005
  • UAH0.0375
  • 100 JPY1.0678▲0.0025
  • CHF2.0247▼0.0012
İdman

Mahir bombardirlər yarışında Reynaldonu geridə qoydu

image-141345
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Qarabağ”ın tarixinin ən yaxşı bombardirləri siyahısında dəyişiklik olub..

Busaat.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Qəbələ” ilə ilk oyununda (3:1) dubla imza atan Mahir Emreli komandasının heyətində vurduğu qolların sayını 63-ə çatdırıb.

O, buna 2015-ci ilin yayından çıxış etdiyi “Qarabağ”da keçirdiyi 183 matçda nail olub. Hücumçunun orta məhsuldarlığı 0,34-ə bərabərdir. Forvard Premyer Liqada 51, ölkə kubokunda 7, avrokuboklarda 5 dəfə rəqib qapısına yol tapıb.

Emreli “Qarabağ”dakı qol sayını 63-ə çatdırmaqla klub tarixinin 2-ci ən yaxşı bombardiri olub. O, “Qəbələ” ilə görüşdəki qollarla braziliyalı Reynaldo Silvanı arxada qoyub. Cənubi amerikalının hesabında 62 top var.

Qeyd edək ki, “Qarabağ”ın tarixinin ən yaxşı bombardiri Müşfiq Hüseynovdur. Onun aktivində 159 qol var.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=33670