
Makrondan ETİRAF: "Asılılıqlarımızın nəticəsi olan bir inflyasiya yaşayırıq"
Fransa prezidenti Emmanuel Makron böhranlarla üzləşdiklərini bildirib.
Busaat.az xəbər verir ki, Makron qonağı olduğu France 2 kanalında Avropaya geri dönən müharibənin enerji və digər qiymətlərə təsirlərinin olduğunu qeyd edib.
Bunun Fransa dövlətinin və fransız şirkətlərin iqtisadi həyatına təsir etdiyini dilə gətirən Makron, “Bu gün asılılıqlarımızın nəticəsi olan bir inflyasiya yaşayırıq” – deyə, etiraf edib.
Makron Fransada inflyasiyanın təxminən 6,5%, Avrozonada isə, 10% olduğunu bildirib.
Artan qiymətlərin tələbələrə çox təsir etdiyinə diqqət çəkən Makron, təqaüdçü tələbələr üçün 1 avroluq menyunun restoran və kafeteryalarında genişləndiriləcəyini qeyd edib.
Qeyd edək ki, Fransa lideri cəmiyyətin hazırda çox aqressiv olduğunu, ona görə də, insanlarla yumuşaq davranıb onları sakitləşdirmək lazım olduğunu əlavə edib.
Busaat.az























