Malidəki terror aktları səbəbindən Timbuktuya hava nəqliyyatı dayandırılıb

image-malibackend

Terror aktları səbəbindən Malinin şimalındakı Timbuktu şəhərinə kommersiya uçuşları dayandırılıb.

Busaat.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Bildirilib ki, Timbuktuya uçan yeganə aviaşirkət olan Sky Mali hava limanı yaxınlığında törədilən terror aktları səbəbindən bu şəhərə və şimaldakı Qaoya uçuşların ehtiyat tədbiri olaraq dayandırılıb.

Sky Mali həftədə iki dəfə paytaxt Bamakodan torpaq uçuş zolağı olan kiçik hava limanı Timbuktuya uçuşlar həyata keçirirdi.

Timbuktu avqust ayından bəri Əl-Qaidənin Məğribdəki Sahel qolu olan Camaat Nusra əl-İslam va Muslim (JNIM) tərəfindən hücumların hədəfinə çevrilib.

Dünən Timbuktu hava limanı yaxınlığında 3 artilleriya mərmisi düşüb və hadisəyə görə məsuliyyəti JNİM öz üzərinə götürüb.

Bəzi mənbələr JNİM-in bölgədə olması səbəbindən şəhərə avtomobil yolu ilə getmək mümkün olmadığını və Timbuktunun tamamilə JNİM nəzarətində olduğunu bildirir.

Sahara səhrasının girişində yerləşən Timbuktu 15-16-cı əsrlərdə 25 mindən çox tələbəyə təhsil verən 180-dən çox mədrəsə və Sankore Universiteti ilə İslamın Afrikada yayılmasında əsas rol oynamış şəhərlərdən biridir. .

Həm də qədim ticarət mərkəzi olan Timbuktu UNESCO-nun Təhlükədə olan Dünya İrs Siyahısındadır.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90