Məzmuna keç
  • Azeri Light100.63 $▲1.24%
  • Brent neft96.12 $▲5.29%
  • WTI neft88.99 $▲4.36%
  • Avropa qazı (TTF)93.70 €▲7.43%
  • Təbii qaz (ABŞ)3.349 $▲2.48%
  • Qızıl3 890 $▼2.27%
  • Gümüş50.05 $▼2.68%
  • Pambıq78.56 ¢▼4.59%
  • Buğda582.50 ¢▼3.16%
  • Bitcoin71 450 $▼3.35%
  • Ethereum2 017 $▼1.81%
  • S&P 5007 599▼0.25%
11°Bakı
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
  • USD1.7000
  • EUR1.8832▼0.0149
  • 100 RUB2.0549▲0.0127
  • GBP2.2541▼0.0152
  • TRY0.0338
  • AED0.4628
  • CNY0.2549▲0.0002
  • GEL0.6574▲0.0010
  • 100 KZT0.3802▲0.0004
  • UAH0.0375▲0.0001
  • 100 JPY1.0641▼0.0067
  • CHF2.0404▼0.0183
Dünya

”Manipulyasiya xarakterli hesabatlar təqdim edirsinizsə, o zaman məsuliyyəti cinayətkarlarla bölüşürsünüz” - Zelenski

image-zelenski
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

“Məsuliyyəti qurbanın üzərinə atmağa çalışan bir hesabat gördük”.

Busaat.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciətində bildirib.

O, müraciəti zamanı Beynəlxalq Amnistiya Təşkilatının (“Amnesty İnterational”) Ukraynanın müharibə taktikasının mülki vətəndaşları riskə atdığını bildirən hesabatını sərt tənqid edib: “Əgər kimsə qurban və təcavüzkarın eyni olduğunu iddia edən hesabat hazırlayırsa, qurbanla bağlı bəzi məlumatlar təhlil edilirsə və təcavüzkarın həmin vaxt etdiklərinə məhəl qoyulmursa, buna dözmək olmaz”.

Zelenski Rusiyanın hücumları nəticəsində 200-ə yaxın dini binanın, 900-ə yaxın səhiyyə obyektinin və 2200-dən çox təhsil müəssisəsinin zədələndiyini və ya dağıldığını açıqlayıb: “İşğalçılar su, evakuasiya avtobusları və ictimai nəqliyyat dayanacaqlarında növbə gözləyən insanlara artilleriya ilə qəsdən hücum etdilər və minaatanlardan atəş açdılar. Rusiya ordusu Holokost qurbanlarının abidələrinə və qəbiristanlıqlarına hücum etməkdən çəkinməyib. Və nədənsə bu barədə heç bir məlumat yoxdur. Bu, əxlaqsız bir seçimdir. Əgər siz manipulyasiya xarakterli hesabatlar təqdim edirsinizsə, o zaman insanların ölümünə görə məsuliyyəti cinayətkarlarla bölüşürsünüz”.

Qeyd edək ki, avqustun 4-ü “Amnesty” təşkilatı “Ukraynanın döyüş taktikası mülki şəxsləri təhlükə altına alır” başlıqlı hesabat yayımlayıb. Hesabatda Ukrayna hərbçiləri yaşayış məntəqələrində bazalar yaradaraq silah sistemlərini işlətməklə mülki əhalini çətin vəziyyətə salmaqda ittiham edilir. Qeyd olunur ki, tədqiqatçılar Ukrayna qüvvələrinin 19 şəhər və kənddə mülki binalarda yerləşdiyinə dair sübutlar tapıblar.

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=83077