Marmarisdəki yanğını uşaqların törətdiyi deyilir

image-marmaruisbackend

Türkiyənin Marmaris bölgəsində başlayan meşə yanğınları hələ də davam edir.

Busaat.az  “NTV”yə istinadən xəbər verir ki, 10 yaşlarında olan iki uşaq bu yanğını törətməkdə təqsirli bilinirlər.

Məlumata əsasən, yanğının başladığı əraziyə yaxın yerdə yaşayan qonşular hadisənin məhz bu iki uşaq tərəfindən törədildiyini iddia edir.

Bunun ardınca, yerli polis idarəsi hər iki uşağı pedaqoqun iştirakı ilə dindirib. Dindirilmə zamanı uşaqlar yanğına səbəb olduqlarını deyiblər:

“Kitab yandırırdıq. Bir anda alovlar çoxaldı. Coca-Cola şüşəsinə su doldurub alovu söndürmək istədik, amma sönmədi. Biz də qaçdıq”.

Qeyd edək ki, Marmarisdə meşə yanğını zamanı bir nəfər həlak olub.

Loading...

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
image-busaat_banner_768x90