Məzmuna keç
  • Brent neft93.73 $▼4.69%
  • WTI neft87.73 $▼3.92%
  • Avropa qazı (TTF)82.33 €▼3.81%
  • Təbii qaz (ABŞ)3.172 $▲4.93%
  • Qızıl4 115 $▼0.44%
  • Gümüş52.74 $▼0.71%
  • Pambıq78.65 ¢▲0.38%
  • Buğda590.00 ¢▼0.25%
  • Bitcoin74 703 $▼0.03%
  • Ethereum2 123 $▼0.09%
  • S&P 5007 551▲2.39%
7°Bakı
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
  • USD1.7000
  • EUR1.9037
  • 100 RUB2.0840
  • GBP2.2834
  • TRY0.0339
  • AED0.4628
  • CNY0.2549
  • GEL0.6561
  • 100 KZT0.3768
  • UAH0.0375
  • 100 JPY1.0768
  • CHF2.0807
Hadisə

“Martda uşağı olacaqdı, sevinclə onu gözləyirdi...” - VİDEO

image-esas-1
Xəbərlərimizi Google-da izləyinYeniliklərdən dərhal xəbərdar olunAbunə ol

Xəbər verdiyimiz kimi, ötən gün Samux rayonunda fəhlələri daşıyan mikroavtobus idarəetmədən çıxaraq aşıb.

Busaat.az xəbər verir ki, qəza nəticəsində ölən Vüqar Əsgərovun qardaşı İsa Əsgərov Baku TV-yə danışıb.

O bildirib ki, qardaşı Şəmkirdə günü 15 manata fəhləlik edirmiş: “1 aya yaxın idi hər gün işə gedirdilər. Saat 7-yə qalmış zəng etdilər ki, qəza olub, tez özünü yetir. Getdim, amma gec idi. Qardaşım yeni evlənmişdi, martda uşağı olacaqdı, sevinclə onu gözləyirdi”.

Qəza nəticəsində zərərçəkən Məharət Zülfqarov da qeyd edib ki, V. Əsgərov mikroavtobusun altında qalıb: “Həmin vaxt mən yatmışdım. Ayıldım ki, yumarlanmışıq. Özümdə deyildim, telefonun işığını yandırdım, baxdım ki, rəhmətlik mikroavtobusun altına düşüb. O, qapının arasında sıxılmış vəziyyətdə qalmışdı”.

Xatırladaq ki, hadisə nəticəsində daha 3 nəfər qadın da xəsarət alıb.

Daha ətraflı videomaterialda:

MüəllifBusaat Media Group

Xəbəri paylaş

busaat.az/?p=179458